Azərbaycanda zəlzələ oldu – Rəsmi
AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.Mərkəzdən VOİCEPRESS.AZ-a verilən məlumata görə, Azərbaycanın Ağdam rayonu ərazisində zəlzələ olub."İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.7, dərinlik 25 km olub" - məlumatda qeyd olunub.VOİCEPRESS.AZ