“Avropa çepionu olduğumuz üçün çox şadam”.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin şahmatçısı Şəhriyar Məmmədyarov deyib.
“İki dəfə Avropa çempionu olmuşduq və üçüncünü də gözləyirdik. Çox çətin başladıq bu yola. İnanırdıq ki, ən güclü komandalara qalib gələ bilərik. Reytinqdə üçlüyə daxil olmaq hər zaman arzum idi”.
Qeyd edək ki, şahmat üzrə kişilərdən ibarət komandamız üçüncü dəfə Avropa çempionu adını qazanıb. Azərbaycan millisi bu uğuru təkrarlayan üçüncü komandadır.
VOİCEPRESS.AZ