“Fırat Qalxanı” əməliyyatının aparıldığı Suriyanın Əl-Bab şəhəri yaxınlığında İŞİD terror təşkilatı tərəfindən Türkiyə Silahlı Qüvvələrinin olduğu bölgəyə raketli hücum təşkil olunub.
VOİCEPRESS-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Türkiyə ordusunun 1 əsgəri şəhid olub, 5 əsgəri yaralanıb.
VOİCEPRESS.AZ