DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Səlyanda dəhşətli qətl: evin həyətində 5 meyit…

Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.VOİCEPRESS.AZ-ın xəbərinə görə, Salyan şəhərinin Tale Davudzadə küçəsində 3 il əvvəl itkin düşmüş…

|
Səlyanda dəhşətli qətl: evin həyətində 5 meyit…

Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.

VOİCEPRESS.AZ-ın xəbərinə görə, Salyan şəhərinin Tale Davudzadə küçəsində 3 il əvvəl itkin düşmüş Mehparə Nadir qızı Əliyevanın və 4 qızının yaşadığı evin həyətində meyiti aşkarlanıb.

İlkin məlumata görə, onların M.Əliyevanın əri Fərhad Əliyev tərəfindən öldürüldüyü ehtimal olunur.

***

Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Daxili İşlər və Baş Prokurorluğun mətbuat xidmətlərindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmış, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR