DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya Xəzərdə antiterror təlimlər keçirdi

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib.VOİCEPRESS.AZ xəbər verir ki, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha…

|
Rusiya Xəzərdə antiterror təlimlər keçirdi

Rusiyanın Xəzər hərbi donanmasının şəxsi heyəti antiterror təlimlər keçirib.

VOİCEPRESS.AZ xəbər verir ki, təlimlər zamanı şəxsi heyət şərti düşmənin qərargaha hücumunun qarşısını alıb.

Cənub Hərbi Dairənin mətbuat xidmətinin rəisi Vadim Astafyev bildirib ki, təlimlərin planına əsasən, qeyri-qanuni silahlı qruplaşma nəzarət-buraxılış məntəqəsinə hücum edərək, Xəzər donanmasının qərargahını zəbt etməyə çalışır. Təlimlər zamanı hücumunun qarşısı alınıb, şərti düşmən isə məhv edilib.

Təlimlərdə 50-dən çox hərbçi iştirak edib. Qeyri-qanuni silahlı qruplaşma qismində isə Xəzər hərbi donanmasının dəniz piyadalarından ibarət dəstə çıxış edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR