Rusiya ilə Ukrayna arasında atəşkəs danışıqları İstanbulda baş tutacaq.
Voicepress.az NTV Haber-ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndə heyətləri bu gün danışıqlara başlayacaq. Danışıqlar sabah da davam edəcək. Prezident Ərdoğan toplantıda nümayəndə heyətləri ilə də görüşəcək.
Ukraynanın xarici işlər naziri Kuleba deyib ki, onların İstanbuldakı danışıqlarda maksimum tələbi “daimi atəşkəs”dir.
Verilən xəbərə görə, mətbuata bağlı olacaq görüş saat 10:30- da başlayacaq.

Rusiya və Ukrayna arasındakı görüşdə müzakirəsi gözlənilən mövzular bunlardır: torpaq, tərəfsizlik və rusların haqları.