Rusiya Futbol Federasiyası (RFS) FİFA-nın 2022-ci il dünya çempionatının Avropa təsnifat mərhələsinin pley-off turnirindən xaric edilməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) verdiyi şikayəti geri götürüb.
Voicepress.az xəbər verir ki, CAS açıqlama verib. Bildirilib ki, RFS-nin Rusiyanın Ukraynaya təcavüzündən sonra FİFA Şurasının qərarına verdiyi apellyasiya şikayətini geri götürdüyü bildirilib.
Beləliklə RFS UEFA-nın Rusiya klubları və milli komandalarının təşkilatlarında iştirakını qadağan etmək qərarına qarşı növbəti xəbərdarlıq gələnə qədər mübarizəni davam etdirəcək.
Açıqlamada həmçinin qeyd olunur ki, Rusiya buz konkisürmə, biatlon, gimnastika, avarçəkmə və reqbi idman növlərinə beynəlxalq federasiyaların gətirdiyi qadağaların ləğvi üçün müraciət edib.
\voicepress.az\