DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rus veteranlar hökuməti səfərbərliyə səslədi : “Qanlı savaşa hazır olun”

Rusiya ordusunun Ukraynada verdiyi ciddi itkilərdən sonra Rusiyada gərginlik artıb. Müxalifətlə yanaşı, rusiyalı jurnalistlər, blogerlər və hətta rus…

|
Rus veteranlar hökuməti səfərbərliyə səslədi : “Qanlı savaşa hazır olun”

Rusiya ordusunun Ukraynada verdiyi ciddi itkilərdən sonra Rusiyada gərginlik artıb. Müxalifətlə yanaşı, rusiyalı jurnalistlər, blogerlər və hətta rus veteranları da Putini tənqid etməyə başlayıblar.

Voicepress.az xəbər verir ki, Ukraynada rus ordusunun ciddi itkiləri və çoxlu gənc rus əsgərinin ölümü ilə cəmiyyətdəki narahatçılıq hər keçən gün daha da özünü büruzə verməyə başlayıb.   Ukrayna ordusunun Donetksdə qurduğu və  400 rus əsgərin ölümü ilə nəticələnən tələsi səbr kasasını daşıran son damla olub. Beləki Rusiya Zabitlər Məclisi Putinin “xüsusi hərbi əməliyyatı”nın uğursuzluğa düçar olduğunu elan edərkən, rus veteranlar qrupu Putini səfərbər olmağa çağırıb və “Qanlı müharibəyə hazır olun” deyib.

Rusiyayönlü jurnalistlər, bloqqerlər və hətta rus veteranları Ukraynadakı böyük itkilərdən sonra Kremli kəskin tənqid etməyə başlayıblar.

Qrup Rusiya prezidenti Vladimir Putini Ukraynaya müharibə elan etməyə və əlavə qüvvələr səfərbər etməyə çağırarkən, tövsiyələrini də əsirgəməyiblər. Onlar tələb ediblər ki, hərbi xidmət müddəti bir ildən iki ilə qaldırılısın və hökumət fərarilərə ölüm cəzası tətbiq etsin.

\voicepress.az\

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR