DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ronaldu növbəti xeyriyyə layihəsini maliyyələşdirir

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldu xeyriyyə məqsədli növbəti layihəyə maddi yardım ayırmaq niyyətindədir.VOİCEPRESS.AZ goal.az-a istinadən xəbər verir…

|
Ronaldu növbəti xeyriyyə layihəsini maliyyələşdirir

“Real Madrid”in hücumçusu Kriştianu Ronaldu xeyriyyə məqsədli növbəti layihəyə maddi yardım ayırmaq niyyətindədir.

VOİCEPRESS.AZ goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Çilinin paytaxtı Santyaqoda pediatrik xəstəxananın inşasını maliyyələşdirəcək. Bu işdə Ronaldunun ortağı italyan biznesmen Alessandro Proto olacaq. Xəstəxananın 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.

Santyaqo Ronaldu və Proto arasında ortaq layihənin reallaşacağı Cənubi Amerikanın ilk paytaxt şəhəri olacaq. “Forbes” tərəfindən ardıcıl 2-ci il dünyanın ən ödənişli futbolçusu göstərilən Ronaldu 3 əsas xeyriyyə təşkilatının: “Save the Children”, UNİCEF və “World Vision”un səfiridir:

2017-ci ilin əvvəlində portuqaliyalı futbolçu Ümundünya Qaçqınlar günü münasibətilə videomüraciət etmişdi. Ronaldu müntəzəm olaraq təbii əflakətdən zərər çəkənlərə yardım edir və qanvermə aksiyalarına da qoşulur.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR