VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanov təyinatını şərh edərkən deyib.
45 yaşlı mütəxəssis bildirib ki, hələlik köməkçilərinin kim olacağı barədə danışmaq tezdir: “İndi bu suala cavab verə bilməyəcəyəm. Hər şey mərhələli olacaq. Bir aya, ayyarıma qərar veriləcək”.
Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurbanov “Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür. Futbolda hər şey mərhələ ilə olur. Əlimizdə şans varsa, bundan istifadə etməliyik. “Atletiko” “Qarabağ”dan güclüldür. Amma onlarla heç-heçə etdik. Və ya biz çempionatda xal itiririk” sözlərini də əlavə edib.
Yeni baş məşqçi müqavilə şərtləri barədə danışmaq istəməyib: “Biz bir-birimizə şərt qoymuruq. Buna ehtiyac yoxdur. Bir-birimizə inanaraq, bu yolu gedəcəyik”.
VOİCEPRESS.AZ