DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Qarabağ” xal qazandı, Azərbaycan İsveçdən uzaqlaşdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunun 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, baş…

|
“Qarabağ” xal qazandı, Azərbaycan İsveçdən uzaqlaşdı

Çempionlar Liqasının qrup mərhələsinin III turunun 2-ci oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, baş tutan 8 qarşılaşmadan sonra cədvəldə ciddi dəyişiklik olmayıb.

Yalnız ölkələrin xal hesabı dəyişib. Bu dəfə mövqeyini yaxşılaşdırmaq heç kimə nəsib olmayıb.

Xal hesabı artan ölkələr arasında Azərbaycan da var. İspaniya “Atletiko”su ilə ev oyununda qolsuz heç-heçə edən “Qarabağ” ölkəmizə daha 0,250 xal qazandırıb.

Bu qazanc sayəsində cari mövsümdə əldə etdiyimiz xal 4,125-ə çatıb. Bunun 2,375-i “Qarabağ”ın hesabındadı. “İnter” 0,750, “Zirə” 0,625, “Qəbələ” 0,375 xal qazandırıb.

Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,875-ə yüksəlib. Bu artım mövqeyimizə təsirsiz ötüşüb. 22-ci pillədə qalan Azərbaycan 1 addım gerisində olduğu Rumıniyadan 0,575 xal geri qalır. “Qarabağ”ın heç-heçəsi ən yaxın izləyicimiz İsveçdən uzaqlaşmaq imkanı verib. İndi skandinaviyalıları 0,400 xal qabaqlayırıq.

Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 93,426 xal.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR