Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsümə start verilib.
VOİCEPRESS xəbər verir ki, çempionatın I turu çərçivəsində iki qarşılaşma baş tutub.
“Milli Aviasiya Akademiyası” komandası öz idman zalında “Gəncə”ni, “Naxçıvan” Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərmaş Abşeron” kollektivini 3:0 hesabı ilə üstələyib.
VOİCEPRESS