DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Putinin sevgilisi sanksiyalardan niyə təsirlənmədi?- ABŞ-ın Kabayeva narahatlığı

Uzun illərdir Putinin sevgilisi və 4 uşağının anası olduğu iddia edilən Alina Kabayeva Rusiya liderinin yaxın çevrəsində ABŞ sanksiyalarından təsirlənməyən…

|
Putinin sevgilisi sanksiyalardan niyə təsirlənmədi?- ABŞ-ın Kabayeva narahatlığı

Uzun illərdir Putinin sevgilisi və 4 uşağının anası olduğu iddia edilən Alina Kabayeva Rusiya liderinin yaxın çevrəsində ABŞ sanksiyalarından təsirlənməyən yeganə şəxs olub.

Voicepress.az xəbər verir ki, Putinin yaxın çevrəsində sanksiyalardan yayınmağı bacaran yeganə şəxs isə Putinin sevgilisi olduğu iddia edilən keçmiş gimnast 38 yaşlı Alina Kabayeva olub.

Alina Kabaeva Rusiyanın media nəhəngi olan Milli Media Qrupunun direktorlar şurasının sədri olub. Rusiya hökuməti ilə yaxın münasibətdə olduğu bilinən şirkətdə dodaq uçuqladan məbləğdə maaş alan Kabayevanın Qərb sanksiyalarından pay alacağı gözlənildiyi bir vaxtda bu gün təəccüblü bir xəbər gəldi.

Xatırladaq ki, bu günə kimi Putinin özü də daxil olmaqla bir çox rusiyalı siyasətçi və iş adamlarına qarşı sanksiyalar tətbiq olunmuşdu.

ABŞ-ın aparıcı media orqanlarından olan “Wall Street Journal”  ABŞ-ın, Putinin bunu şəxsi düşmənçilik olaraq dəyərləndirəcəyindən ehtiyatlanaraq Kabayevaya qarşı tətbiq olunacaq sanksiyaların son anda dayandırıldığını iddia edib. Qəzet həmçinin, iki ölkə arasında gərginliyin daha da artacağından qorxaraq sanksiyalar tətbiq etməkdən vaz keçdiyini açıqlayıb.

Həbsdə olan Rus müxalifət lideri  Aleksey Navalnı isə Kabayevanın Putinə pullarını gizlətməkdə kömək etdiyini əsas gətirərək, sanksiyalara çağırıb.

Amerika rəsmiləri Kabayevanın Putinin sərvətinin xaricdə gizlədilməsində əli olduğuna inansalar da, onun sanksiyalardan yayınması “ABŞ qorxdu” şərhlərinə səbəb olub, ABŞ Maliyyə Nazirliyi isə mövzu ilə bağlı sualları cavabsız qoyub.

Qeyd edək ki, 38 yaşlı Alina Kabaeva keçmiş olimpiya gimnastı və qızıl medalçıdır. Kabaeva illərdir dünya mediasında Putinlə sevgili olması, hətta Putinin ailəsinin dağılmasında səbəbkar kimi gündəm olub. Putinlə Alina Kabayevanın münasibəti heç vaxt təsdiqlənməsə də, cütlük dəfələrlə birlikdə görüntülənib.

1983-cü ildə Özbəkistanın Daşkənd şəhərində anadan olan Kabayevanın atası peşəkar futbolçu, anası isə milli komandada basketbol oynayıb. Lakin Kabayevanın uğurlu və tanınmış idmançı olduqdan sonra ailəsi ilə əlaqələrinin kəsdiyi deyilir.

\voicepress.az\

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR