Ukraynadada istədiyini əldə edə bilməyib məyus olan Rusiya Prezidenti Vladimir Putini gerçəkləşməsi mümkün hesab edilən nüvə müharibəsində daşıyacaq təyyarə 12 il sonra səmada görünüb.
Voicepress.az xəbər verir ki, Britaniya mediası 12 ildən sonra ilk dəfə peyda olan təyyarənin Putin tərəfindən Qərb ölkələrinə xəbərdarlıq mesajı üçün havaya qaldırıldığını yazıb.
2010-cu ildən bəri görünməyən “Qiyamət günü” təyyarəsi İl-80 Putinin mümkün nüvə müharibəsində daşınması üçün hazırlanıb.
Qeyd edək ki, Rusiyanın mümkün nüvə müharibəsi üçün nəzərdə tutulmuş İl-86-lardan hazırlanmış dörd İlyuşin-80 təyyarəsi var.
Günlərlə havada qala bilən təyyarənin sərinşinləri atom partlayışlarından qorunması üçün pəncərələri yoxdur.
Bu təyyarələrdə ölkənin silahlı qüvvələri və nüvə raketlərini buraxmağa qadir olan bölmələri ilə əlaqəni təmin edən xüsusi rabitə vasitələri var.
\voicepress.az\