DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Polşanın Baş naziri Ukraynaya NATO sülhməramlılarının yerləşdirilməsini təklif etdi

“Ukraynada vəziyyətin nizamlanması üçün ölkəyə NATO-nun sülhməramlı missiyası yerləşdirilməlidir”. Voicepress.az xarici mətbuata istinadən xəbər verir ki, bu…

|
Polşanın Baş naziri Ukraynaya NATO sülhməramlılarının yerləşdirilməsini təklif etdi

“Ukraynada vəziyyətin nizamlanması üçün ölkəyə NATO-nun sülhməramlı missiyası yerləşdirilməlidir”.

Voicepress.az xarici mətbuata istinadən xəbər verir ki, bu təklifi Polşa Baş nazirinin müavini, hakim “Hüquq və Ədalət” partiyasının rəhbəri Yaroslav Kaçinski səsləndirib.

“Hesab edirəm ki, NATO-nun sülhməramlı missiyasına və ya daha geniş beynəlxalq struktura ehtiyac var. Lakin missiya Ukrayna ərazisində fəaliyyət göstərməli və özünü müdafiə edə bilməlidir”, – deyə Yaroslav Kaçinski Ukrayna Prezidentinin avropalı siyasətçilərin nümayəndə heyəti ilə Kiyevdə keçirilən görüşünün nəticələri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu, sülh üçün çalışacaq, humanitar yardım göstərəcək və eyni zamanda, müvafiq silahlı qüvvələr tərəfindən qorunacaq bir missiya olmalıdır.

Ötən gün Polşa Nazirlər Kabinetinin rəhbəri Mateuş Moravetski, baş nazirin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinski, həmçinin Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Yanez Yanşa Avropa İttifaqı Şurasının nümayəndələri qismində Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmıqalla görüşmək üçün qatarla Kiyevə səfər ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR