“İran ABŞ və digər dövlətlərlə mövcud problemlərin aradan qaldırılması istiqamətində danışıqlar aparır. Lakin bu, ölkənin təslim olması anlamına gəlmir”.
VOİCEPRESS-in “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Məsud Pezeşkian bəyan edib.
Prezident bildirib ki, Tehran ABŞ və digər ölkələrlə dialoqa açıq olsa da, milli ləyaqətini qorumaqda və öz mövqeyində qətiyyətli qalmaqda qərarlıdır.
“Biz ABŞ və digər ölkələrlə danışıqlar aparırıq, lakin ləyaqətimizi qoruyacaq və təkəbbür qarşısında geri çəkilməyəcəyik. Problemləri danışıqlar yolu ilə həll etməyə çalışırıq. Ancaq bu, təslim olmaq demək deyil”, – deyə Pezeşkian vurğulayıb.
Onun sözlərinə görə, İran yaranmış məsələlərin diplomatik vasitələrlə həllində maraqlıdır, lakin bu, ölkənin milli maraqlarından və prinsipial mövqeyindən imtina etməsi hesabına baş verməyəcək.
VOİCEPRESS