DOLAR
50,75 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Hörmüz boğazında LNG daşıyan gəmidə partlayış olub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz daşıyan gəminin partladığını və yanğın baş…

|
Hörmüz boğazında LNG daşıyan gəmidə partlayış olub

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz daşıyan gəminin partladığını və yanğın baş verdiyini bildirib.

VOİCEPRESS-in Tehran bürosunun məlumatına görə, SEPAH Hərbi Dəniz Qüvvələri bu gün axşam saatlarında bir LNG daşıyan gəminin mövqeləndirmə sistemlərini söndürməklə böyük riskə getdiyini və Hörmüz boğazından keçərkən dəniz minasına düşərək partladığını açıqlayıb.

SEPAH bildirib ki, Hörmüz boğazında İranın müəyyən etdiyi qaydaları pozan, ABŞ ordusunun vədinə uyğun boğazdan icazəsiz keçən gəmilər dəniz minasına düşmək təhlükəsi ilə üzləşirlər.

Qeyd edək ki, bir qədər əvvəl İran ordusu da Hörmüz boğazının şərqində bir neft tankerində yanğın baş verdiyini və gəminin hərəkətinin dayandığını açıqlayıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR