Sakit okeanda, Peru sahillərində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə VOİCEPRESS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 246 min nəfər əhalisi olan İka şəhərindən 104 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, Peru Sakit okeanın seysmik cəhətdən fəal bölgəsində yerləşdiyindən ölkədə müxtəlif gücdə zəlzələlər qeydə alınır.
VOİCEPRESS