DOLAR
50,57 ₺
EURO
55,48 ₺
STERLİN
66,38 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.

|
Paşinyan yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsindən sonra Azərbaycanla sülh müqaviləsinin imzalanacağına söz verib.

VOİCEPRESS “Sputnik Armenia” istinadən xəbər verir ki, Ermənistan Baş naziri xalqa müraciətində bu məsələyə “bütün mənəvi, siyasi və insani etibarlılığını” qoyduğunu bildirib.

Onun sözlərinə görə, yeni Konstitusiyanın qəbulu ilə Azərbaycanla sülh müqaviləsi təkcə imzalanıb ratifikasiya edilməyəcək, həm də institusional sülh təmin olunacaq.

Paşinyan bir daha bəyan edib ki, referendumda vətəndaşlar yeni Konstitusiyanın əleyhinə səs versələr, istefa verəcək, yox əgər, Konstitusiya dəstəklənərsə, növbəti seçkilərdə Baş nazir postuna namizədliyini irəli sürməyəcək.

Qeyd edək ki, bu gün Ermənistanın  yeni Konstitusiyasının layihəsi  dərc edilib. Yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR