DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Osasuna” rəsmisi danışılmış oyunlarda iştiraklarını təsdiqləyib

İspaniyanın “Osasuna” klubu danışılmış oyunlarda iştirak edib. VOICEPRESS saytının məlumatına görə, bunu klubun sabiq katibi Anxel Viskay açıqlayıb. Məhkəmədə…

|
“Osasuna” rəsmisi danışılmış oyunlarda iştiraklarını təsdiqləyib

İspaniyanın “Osasuna” klubu danışılmış oyunlarda iştirak edib.

VOICEPRESS saytının məlumatına görə, bunu klubun sabiq katibi Anxel Viskay açıqlayıb.

Məhkəmədə ifadə verən ispaniyalı 2013 və 2014-cü illərdə danışılmış oyunlarda iştirak etdiklərini boynuna alıb. Onun sözlərinə görə, Pamplona təmsilçisi 2012/13 və 2013/14 mövsümlərində çempionatdakı yerini qorumaq üçün “Xetafe” və “Betis” üzərində qələbələr, həmçinin “Espanyol”la heç-heçə üçün rəqiblərinə pul ödəyib.

“Osasuna”nın sabiq 6 rəhbəri, “Betis”in 3 futbolçusu və 2 agentə qarşı ittiham irəli sürülüb. A.Viskay bildirib ki, “Xetafe”yə məğlubiyyət üçün 2013-cü ildə 400, “Betis”ə 250 min avro ödənilib.

Bundan başqa, “Osasuna” La Liqada qalmaq uğrunda əsas rəqibləri “Deportivo” və “Selta”nın rəqiblərini də stimullaşdırıb. Növbəti mövsümdə isə heç-heçə üçün “Espanyol”a 250 min avro verilib. Lakin pamplonalılar aşağı liqaya düşməkdən xilas olmayıb.

A.Viskay onu da bildirib ki, “Betis”in üç futbolçusu – Jordi Fiqeras, Xavi Torres və Antonio Amayya danışılmış oyunlara görə pul alıb. Bu oyunçular istintaqa cəlb olunublar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR