DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Orta məktəbə silahlı hücum olub – 19 şagird həyatını itirib

ABŞ-ın Texas ştatında orta məktəbə silahlı hücum olub. Hücum nəticəsində 19-u şagird olmaqla 21 nəfər həlak olub. Voicepress.az ABŞ mediasına istinadən xəbər…

|
Orta məktəbə silahlı hücum olub – 19 şagird həyatını itirib

ABŞ-ın Texas ştatında orta məktəbə silahlı hücum olub. Hücum nəticəsində 19-u şagird olmaqla 21 nəfər həlak olub.

Voicepress.az ABŞ mediasına istinadən xəbər verir ki, hücum Texasın qərbindəki Uvalde şəhərində baş verib. Silahlı şəxs öz maşını ilə məktəbin qarşısına gəldikdən sonra dayanacaqdan atəş aça-aça məktəbin bağçasına daxil olub.

Texas qubernatorunun açıqlamasına görə, hücumçunun əlində tapança və uzun lüləli silah olub. 600 şagirdin təhsil aldığı məktəbdə 19-u uşaq olmaqla 21 nəfər həyatını itirib.

Qubernator 18 yaşlı Salvador Ramos adlı hücumçunun hadisə yerində polis tərəfindən güllələndiyini bildirib.

Məlum olub ki, Ramos da həmin qəsəbədə orta məktəb şagirdidir. Hadisə ilə bağlı ölkədə matəm elan olunub. Mayın 28-dək ölkədə bayraqlar yarıya qədər endirilib.

\voicpress.az\

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR