Qonşu evlərin tikintisində iki paralel və qapalı divardan istifadə edilməsinə icazə veriləcək
Nazirlər Kabineti “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nda dəyişiklik edib. VOİCEPRESS-in məlumatına görə, bu Qaydalar yaşayış məntəqələrinin baş və müfəssəl planlarının layihələrinin hazırlanması, həm yeni, həm də tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə tikintiyə icazə verilməsi zamanı binalar arasında, binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan məsafələri müəyyən edir. Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici [...]