DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Navas 2017-ci ilin ən yaxşı futbolçusu oldu

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.VOİCEPRESS.AZ xəbər verir…

|
Navas 2017-ci ilin ən yaxşı futbolçusu oldu

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu ada Kosta-Rika yığmasının və İspaniyanın “Real Madrid” klubunun qapıçısı Keylor Navas layiq görülüb.

Səsvermə CONCACAF-a üzv olan yığmaların baş məşqçiləri, kapitanları, KİV nümayəndələri və azarkeşlər arasında aparılıb.

31 yaşlı qolkiper Kosta-Rika millisinin 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasına kömək etməklə yanaşı, bir sıra titullara sahib çıxıb. O, il ərzində Çempionlar Liqası, klublararası dünya çempionatı, La Liqa, İspaniya Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Qeyd edək ki, Keylor Navas 2014-cü ilin yayında 10 milyon avro müqabilində “Levante”dən “Real Madrid”ə keçib. O, 2014-сü ildə də CONCACAF-ın ən yaxşı futbolçusu seçilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR