DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Mir Şahinin qardaşının məhkəməsi başladı

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayevin qardaşı Mirəddin Ağayevin…

|
Mir Şahinin qardaşının məhkəməsi başladı

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Mirəddin Ağayev dələduzluqda ittiham edilir. Onun barəsində cinayət işi ötən ilin noyabrında başlayıb.

Bakı şəhər sakini Qəzənfər Qəzənfərov Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş, Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət içi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

İttihama görə, Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib.

Mirəddin Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, zərəri ödəyəcəyini bildirib.

Prosesdə zərərçəkmişlər də dindirilib. Onlar dəymiş zərərin ödənilməsini tələb ediblər.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mir Şahin Ağayevin böyük qardaşıdır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR