DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Minlərlə qadın abortun qanuniliyinin ləğvinə qarşı etiraz etdi -Fotolar

ABŞ-da mübahisəli mövzulardan biri olan abort, ölkə daxilində abort hüququnu qoruyan 1973-cü ildə Ali Məhkəmənin Roe-Wade qərarını ləğv edəcəyinə dair…

|
Minlərlə qadın abortun qanuniliyinin ləğvinə qarşı etiraz etdi -Fotolar

ABŞ-da mübahisəli mövzulardan biri olan abort, ölkə daxilində abort hüququnu qoruyan 1973-cü ildə Ali Məhkəmənin Roe-Wade qərarını ləğv edəcəyinə dair layihənin sızması ilə yenidən gündəmə gəlib. Minlərlə insan Nyu-York küçələrinə axışıb iddialara etiraz etdi.

 Voicepress.az ABŞ- mediasına istinadən xəbər verir ki, Nyu-Yorkda minlərlə insan ABŞ Ali Məhkəməsinin abort haqqını konstitusiya ilə sığortalayan təxminən 50 illik hökmü ləğv etməyə hazırlaşdığına dair iddialara görə nümayiş keçirib.

Nümayişlərə Nyu Yorkun Baş prokuroru Letitia James, komediya ustası Emi Şumer və məşhur aktrisa Sintia Nikson da qatılıb.

Amerikanın “Politico” siyasi xəbər saytının sızdırdığı Ali Məhkəmə qərarına Demokratların reaksiyası da sərt olub.

Məhkəmənin mühafizəkar hakimlərindən olan hakim Samuel Alito tərəfindən yazıldığı iddia edilən rəy layihəsində bildirilir ki, abort üçün əsas olan “Roe-Wade qərarı” olaraq bilinən 1973-cü il qərarı açıq-aydın səhvdir, konstitusiyaya ziddir və ləğv olunmalıdır. Sözügedən mətndə o da bildirilir ki, “abort haqqının ölkənin tarixində və adət-ənənələrində köklü yeri yoxdur”.

Məhkəmənin sözügedən abortla bağlı rəyi iyulun əvvəlində açıqlanacağı gözlənildiyi halda, mətbuata sızan sənəd ABŞ mediasında geniş əks-səda doğurub. Məhkəmə tarixində ilk dəfə belə mühüm qərarın mətbuata sızdığı bildirilib.

Amerika mediası Ali Məhkəmənin bu istiqamətdə açıqlayacağı qərarın ölkədə zəlzələ effekti yaradacağını və siyasi parçalanmanın daha da artacağını vurğulayır.

Məlumatın sızmasından sonra ABŞ prezidenti Co Bayden “abort əsas haqqdır” bəyanatı verib.

Başda Texas olmaqla bir çox ştatda abortun qadağan edilməsi ilə bağlı məhkəmə qərarlarının verildiyini xatırladan Baydenin bu qərarlardan sonra abort haqqının qorunması ilə bağlı müşavirlərinə göstərişlər verdiyini bildirib.

Bayden də açıqlamasında Konqres üzvlərinə çağırış edərək, “Məhkəmə Roe qərarını ləğv edərsə, qadının səsvermə hüququnu qorumaq bizim ölkənin seçilmiş rəsmiləri və seçicilərinin üzərinə düşür” mesajını verdi.

\voicepress.az\

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR