DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Milyarderə edam ediləcəyini bildirdilər

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

|
Milyarderə edam ediləcəyini bildirdilər

Xaricə neft satışından əldə etdiyi külli miqdarda vəsaiti mənimsəməkdə ittiham olunan Babək Zəncaniyə edam ediləcəyi bildirilib.

VOİCEPRESS İran KİV-nə istinadən xəbər verir ki, bunu bu gün İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Ejeyi jurnalistlərə bildirib.

Q. Möhsini Ejeyi deyib ki, bu iş üzrə təqsirləndirilən digər iki nəfərin edam hökmü isə dayandırılıb və Ali Məhkəmənin qərarı ilə iş yenidən araşdırılması üçün istintaqa qaytarılıb: “Əgər müstəntiq araşdırma zamanı Babək Zəncaniyə suallar ünvanlamaq istəsə, bunu edə biləcək”.

Q. Möhsini Ejeyi nəzərə çatdırıb ki, bu iş üzrə hazırda bir müddət öncə İnterpolun vasitəsilə tutulub ölkəyə qaytarılan şəxsin istintaqı davam etdirilir.

Beləliklə, B.Zəncani edam hökmünün icrasını gözləyir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR