DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Millimiz Almaniya ilə qarşılaşır

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.VOİCEPRESS…

|
Millimiz Almaniya ilə qarşılaşır

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

VOİCEPRESS xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1.

Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də “Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019

Seçmə mərhələ, V qrup

9 noyabr

18:00. Azərbaycan – Almaniya

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya – 10, Almaniya, Kosova – 6, Norveç – 5, İsrail – 4, Azərbaycan – 0.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR