DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Mer Tramp administrasiyasını məhkəməyə verir

Nyu-York meri Bill De Blazio ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə vermək niyyətindədir.

|
Mer Tramp administrasiyasını məhkəməyə verir

Nyu-York meri Bill De Blazio ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə vermək niyyətindədir.



VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb prezidentin qanunsuz miqrantlara sığınacaq verən şəhərlərin maliyyələşməsinin dayandırılması ilə bağlı verdiyi sərəncamdır.

“Prezident şəhərin təhlükəsizliyini gücləndirmək məqsədilə sərəncam verib. Lakin bu, ilk növbədə, Nyu-York kimi şəhərlərin ictimai təhlükəsizliyini poza bilər”.

Onun sözlərinə görə, maliyyələşdirilmənin azaldılması öncə şəhər polis idarəsinə və polis-miqrant münasibətlərinə mənfi təsir edəcək: “Biz qanunpərvər Nyu-York sakinlərini deportasiya etməyəcəyik. Ailələri dağıtmayacağıq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp miqrasiya siyasəti və sərhəd nəzarətinin sərtləşdirilməsi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlar Meksika ilə sərhəddə divarın inşasını, sərhəd mühafizəsinin gücləndirilməsi və deportasiyaları həyata keçirən miqrasiya xidməti əməkdaşlarının sayının artırılmasını nəzərdə tutur. Bununla yanaşı, qanunsuz miqrantlara sığınacaq verən şəhərlərin maliyyələşməsinin dayandırılması planlaşdırılır.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR