Yayılsın fəryadın cahana Kərkük
Əsən küləklərlə salam göndərdim,Tarımın telində səni söylədim,Türkistan ellərində boğulub qəmimYayılsın fəryadın cahana Kərkük!Öldüm həsrətinlə qovruldum burda,Ağladı qələmim kimsə bilmədi,Türklük sındırılır hərbi üsulla Yayılsın fəryadın cahana Kərkük!Məsum uşaqların gözü yaşlıdır,Elimin, obamın könlü yaşlıdır,Kamanım sızlayır teli yaşlıdır,Yorulmuş cahanın işığı Kərkük!Türkmən nənələrə salam söyləyin,Dəcləyə, Fərata salam söyləyin,Ürəkdən-ürəyə salam söyləyin,Yorulmuş zamanın fələyi Kərkük!Qəlbim intizarda gələ bilmirəm,Göytürk bayrağını öpə bilmirəm,Naləvə, [...]