DOLAR
50,75 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Mbappe əfsanəvi Ronaldonu geridə qoydu

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb.

|
Mbappe əfsanəvi Ronaldonu geridə qoydu

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe tarixi uğura imza atıb.

VOİCEPRESS xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə keçirilən qarşılaşmada (5:1) dubl edərək əfsanəvi braziliyalı Ronaldo Nazarionun göstəricisini geridə qoyub.

Belə ki, Mbappe Madrid təmsilçisinin heyətində vurduğu qolların sayını 105-ə çatdırıb.

Ronaldo “Real”ın heyətində 177 oyunda 104 qol vurmuşdusa, fransalı futbolçu bu göstəricini cəmi 121 matçda üstələyib. Mbappe hazırda “Kral klubu”nun tarixinin ən yaxşı bombardirləri siyahısında 19-cu pillədə qərarlaşıb. Onun növbəti hədəfi 106 qolla 18-ci sırada yer alan Qaret Beyli geridə qoymaqdır.

Qeyd edək ki, 2024-cü ilin yayında PSJ-dən “Real”a keçən Mbappe cari mövsümdə 18 oyunda 19 qol vurub. Fransalı hücumçu Çempionlar Liqasının bu mövsümündə bütün beş turda fərqlənərək ümumilikdə 6 qola imza atıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR