DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI

“Türkiyə öz sərhədlərini bütün terror təşkilatlarından qorumaq hüququna malikdir, istər DEAŞ, istərsə də YPG/PKK olsun, heç fərq etməz”.VOİCEPRESS xəbər verir…

|
Kürd liderdən Vaşinqtonda Türkiyə ETİRAFI

“Türkiyə öz sərhədlərini bütün terror təşkilatlarından qorumaq hüququna malikdir, istər DEAŞ, istərsə də YPG/PKK olsun, heç fərq etməz”.

VOİCEPRESS xəbər verir ki, bunu Azad Suriyalı Kürdlər Birliyinin sədri Əbdüləziz Tammo Vaşinqtonda yerləşən Türk Miras Fondu (THO) tərəfindən təşkil edilmiş “Suriyanın Gələcəyi və Geosiyasi Gerçəklər” adlı tədbirdəki çıxışında deyib:

“YPG/PKK da DEAŞ kimi suriyalı kürdlərə təhdid yaradır və Türkiyənin suriyalı kürdlərə qarşı etnik təmizləmə həyata keçirdiyinə dair iddialara şahid oluruq. Bu sahəni bilən hər kəs bunun həqiqətlə heç bir əlaqəsi olmadığını bilir”.

Ə.Tammo Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə ABŞ-ın rəhbərlik etdiyi DEAŞ-a qarşı koalisiyanın keçirdiyi əməliyyatları müqayisə edib:

“Bunlar arasında ciddi fərqlər var. Türkiyə keçirdiyi əməliyyatlarda dinc sakinlər arasında itki olmaması üçün maksimum dərəcədə ehtiyatlı davrandığı halda, məsələn Rakka əməliyyatında şəhər tamamilə dağıdılmışdı.

Suriyanın şimalındakı bu bölgə artıq terrordan tamamilə təmizlənməli və Türkiyədə yaşayan suriyalı qaçqınların böyük bir hissəsi bura qayıtmalıdir. Türkiyə “təhlükəsizlik zonalarını” beynəlxalq aləmin də dəstəyi ilə yenidən abadlaşdıra biləcək”.

İdlibdəki vəziyyəti də şərh edən Tammo əyalətdə siyasi həllin mümkün olduğunu, ancaq bunun üçün ABŞ-ın da Türkiyə ilə əməkdaşlıq etməsinin vacibliyinə toxunub:

“İdlib ələ keçirilərsə, orada ortaya çıxacaq vəziyyət ən çox Türkiyənin milli təhlükəsizliyini təhdid edər. Buna görə də Türkiyənin bu mövzudakı davranışı qanunidir.”

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR