DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Külək əsəcək, yağış yağacaq

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə…

|
Külək əsəcək, yağış yağacaq

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən VOİCEPRESS-ə verilən məlumata görə, noyabrın 10-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95% olacaq.

Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda, əsasən, yağmursuz. səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR