Bu barədə VOİCEPRESS.AZ-a Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin bir hissəsi mikro və kiçik sahibkarlığın inkişafına dəstəklə bağlıdır:
“Startap adlandırdığımız, innovativ fəaliyyətlə məşğul olan mikro və orta sahibkarlıqdır. Bu meyardan olan sahibkarlığın inkişafı iqtisadiyyatda innovativ istiqamətlərin önə çəkilməsini labüd edir. Məcəlləyə ediləcək dəyişikliklərdə kiçik və orta sahibkarlığın inkişafı üzrə müvafiq dövlət orqanı startapların meyarlarını müəyyən edəcək və müvafiq şəhadətnamə verəcək. Bu şəhadətnamə alan hüquqi şəxslər mənfəət vergisindən, fərdi sahibkarlar isə gəlir vergisidindən azad ediləcək”.
Onun sözlərinə görə, dəyişiklik növbəti ilin ilk günündən qüvvədə olacaq:
“Vergilər Məcəlləsinə ediləcək bu dəyişikliklər 1 yanvar 2019-cu ildən qüvvəyə minir və ilkin olaraq 3 il müddətinə nəzərdə tutulub”.
VOİCEPRESS.AZ