VOİCEPRESS islam.az-a istinadən bildirir ki, başsız bədənlərin üzərindən Yezidin əsgərləri at sürüb cənazələri təhqir etdilər. Bundan sonra qoşun Kərbəladan çıxıb getdi, cənazələr isə yerdə qaldı. Üç gündən sonra yaxınlıqda məskunlaşmış Bəni-Əsəd qəbiləsinin üzvləri gəlib şəhidlərin cənazəsini dəfn etdilər. İmam Hüseynin (ə) cənazəsinin dəfninə gəlincə, şiə rəvayətlərinə görə, bu işi İmam Zeynülabidin (ə) yerinə yetirmişdir. O həzrət, uzaqda və əsirlikdə olsa da, möcüzəvi şəkildə Kərbəlada görünmüş və atasını dəfn etmişdir. Şiə mənbələrində yazılır ki, məsumun dəfnini yalnız məsum həyata keçirə bilər.
VOİCEPRESS.AZ