DOLAR
50,25 ₺
EURO
56,20 ₺
STERLİN
67,48 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

Antalyada keçirilən COP31 İqlim Sammitinin ilk günü “Qida, kənd təsərrüfatı və sağlamlıq” mövzusuna həsr olunub. Bu çərçivədə iki yüksəksəviyyəli toplantı…

|
COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

Antalyada keçirilən COP31 İqlim Sammitinin ilk günü “Qida, kənd təsərrüfatı və sağlamlıq” mövzusuna həsr olunub. Bu çərçivədə iki yüksəksəviyyəli toplantı təşkil edilib.

VOİCEPRESS xəbər verir ki, COP31-in sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri naziri Murat Kurum əvvəlcə iştirakçı ölkələrin səhiyyə nazirlərinin qatıldığı iqlim gündəliyində sağlamlıq məsələlərinin inkişafına dair yüksəksəviyyəli dəyirmi masaya sədrlik edib.

İclasda çıxış edən Murat Kurum iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin azaldılmasının iqlim siyasətinin əsas istiqamətlərindən biri olduğunu bildirib. O, dünyada təxminən 3,6 milyard insanın iqlim dəyişikliyinə yüksək dərəcədə həssas olan ərazilərdə yaşadığını xatırladaraq, səhiyyə sistemlərinin iqlim risklərinə davamlılığının artırılmasının vacibliyini vurğulayıb.

Nazir erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsini, tibb müəssisələrinin enerji və su təminatının təhlükəsizliyinin artırılmasını, tibb işçilərinin iqlim savadlılığının inkişaf etdirilməsini və həssas əhali qruplarının qorunmasını əsas prioritetlər sırasında qeyd edib. O, həmçinin təmiz nəqliyyatın, dayanıqlı ərzaq sistemlərinin, təhlükəsiz içməli suyun və enerji səmərəliliyinin həm iqlim, həm də ictimai sağlamlıq baxımından əhəmiyyətinə diqqət çəkib.

Daha sonra Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə gənc fermerlərlə yüksəksəviyyəli dialoq toplantısı keçirilib. Murat Kurum və Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklının həmsədrliyi ilə keçirilən tədbirdə iştirakçı ölkələrin kənd təsərrüfatı nazirləri, COP31 və FAO nümayəndələri iştirak ediblər.

Toplantıda gənc fermerlərin kənd təsərrüfatındakı rolunun artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqlim dəyişikliklərinə davamlı istehsal sistemlərinin qurulması məsələləri müzakirə olunub.

FAO-nun 2025-ci il hesabatına istinad edən Murat Kurum dünyada çalışan gənclərin 44 faizinin kənd təsərrüfatı və ərzaq sistemlərində fəaliyyət göstərdiyini, təxminən 395 milyon gəncin isə kənd təsərrüfatı məhsuldarlığının azalmasının gözlənildiyi ərazilərdə yaşadığını bildirib. O, gənc fermerlərə göstərilən dəstəyin kənd yerlərində yoxsulluğun azaldılmasına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.

COP31-in Fəaliyyət Gündəliyində ərzaq təhlükəsizliyi və iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı məsələlərinin qarşılıqlı əlaqədə nəzərdən keçirildiyini bildirən nazir gənc fermerləri iqlim dəyişikliyi ilə mübarizədə birgə fəaliyyətə çağırıb.

COP31-in ilk günü keçirilən tədbirlər çərçivəsində Türkiyə ilə Özbəkistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR