DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İranda nazirlər səfirliyimizə hücumu müzakirə etdilər

İranın xarici işlər və daxili işlər nazirləri Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumla bağlı görüşüblər.

|
İranda nazirlər səfirliyimizə hücumu müzakirə etdilər

 

İran KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daxili işlər naziri Əhməd Vəhidinin görüşü paytaxt Tehranda keçirilib.

Nazirlər Azərbaycan səfirliyinə hücum nəticəsində bir nəfəri öldürən və daha iki nəfəri yaralayan silahlı şəxsin mümkün məqsədləri və motivlərini müzakirə ediblər.

“İlkin sübutlara əsasən, sui-qəsdçinin hücumda tamamilə şəxsi motivi olub”, – deyə “Mehr” agentliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Tehrandakı səfirliyinin normal fəaliyyətinin davam etdirilməsi üçün lazımi təhlükəsizlik tədbirləri görülüb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR