DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İran yerli şirkətlərinə Qarabağa qanunsuz getməyi qadağan etdi

İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə…

|
İran yerli şirkətlərinə Qarabağa qanunsuz getməyi qadağan etdi

İran vətəndaşları və yük maşınları Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və Ermənistan vasitəsi ilə Azərbaycanın Laçın şəhəri və Qarabağ bölgəsinə getməməlidirlər.

VOICEPRESS.AZ-ın məlumatına görə, bu, İranın Yol və Nəqliyyat Təşkilatının İranın beynəlxalq nəqliyyat şirkətlərinə ünvanladığı məktubda qeyd olunub.

Məktubda bildirilir ki, Azərbaycan qanunlarına əsasən təyin olunan rəsmi sərhəd keçidlərindən kənar əcnəbi ölkələrin vətəndaşlarının bu ölkəyə girişi Azərbaycanın sərhədlərinin pozulması hesab olunur və buna görə həmin şəxslər məsuliyyət daşıyır.

Məktubda həmçinin qeyd olunur ki, İranın beynəlxalq nəqliyyat şirkətləri Azərbaycanın Qarabağ bölgəsi ilə istənilən ticarət müqaviləsi imzalamasınlar, yükdaşıma ilə bağlı sənədlər hazırlamasınlar, məhsullar daşımasınlar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR