DOLAR
50,57 ₺
EURO
55,48 ₺
STERLİN
66,38 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

İran yeraltı raket bazasında yeni raket buraxılış sistemini təqdim edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda iki maye yanacaqlı raket buraxmaq imkanına malik olduğu bildirilən yeni qurğunu təqdim edib.

|
İran yeraltı raket bazasında yeni raket buraxılış sistemini təqdim edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) eyni vaxtda iki maye yanacaqlı raket buraxmaq imkanına malik olduğu bildirilən yeni qurğunu təqdim edib.

VOİCEPRESS xəbər verir ki, İran dövlət televiziyası SEPAH-ın yeraltı raket obyektindən görüntülər yayımlayıb.

Kadrlarda iki raketin buraxılması üçün nəzərdə tutulmuş yeni qurğu nümayiş etdirilib. Bildirilib ki, İran daha əvvəl eyni vaxtda iki bərk yanacaqlı raket buraxa bilən sistemdən istifadə edib.

Maye yanacaqlı raket mühərrikləri müəyyən texniki şəraitdə uçuş sürətinin və trayektoriyasının tənzimlənməsinə imkan verir.

SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Seyid Məcid Musəvi ölkənin hərbi imkanlarının əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.

“Biz döyüş strukturumuza gözlənilməz və yüksək effektivliyə malik vasitələr inteqrasiya etmişik”, – deyə Musəvi qeyd edib.

Yeni qurğunun texniki göstəriciləri və əməliyyat imkanları barədə əlavə məlumat açıqlanmayıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR