Təbii qaza tələbatın artacağı proqnozu verildi
2021-ci ildə qlobal təbii qaz tələbatının artacağı gözlənilir. VOİCEPRESS xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib. Agentliyin proqnozuna görə, cari ildə qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qaz tələbatında cari ildə 2,8 faiz artım gözlənilsə də, iqtisadi artımla bağlı qeyri-müəyyənliklər səbəbindən təbii qaz bazarı hələ də kövrəkdir. […]