“Azərbaycan yeni neft müqaviləsini əvvəlki müqavilədən daha üstün şərtlərlə imzalayıb”
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. MM-dən VOİCEPRESS-ə verilən məlumata görə, iclasda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, [...]