Azərbaycanda taksi xidmətindən istifadə sayı 27 milyondan çox olub
Cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 88,7 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,9% artım müşahidə olunub.Dövlət Statistika Komitəsindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, yüklərin 4,0%-i dəniz, 6,2%-i dəmir yolu, 0,1%-i hava, 62,6%-i avtomobil nəqliyyatı, 27,1%-i isə boru kəməri ilə daşınıb.Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə [...]