DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Heydər Əliyev Fondu ilə "Caspian International Hospital" xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Fonddan VOİCEPRESS.AZ-a verilən məlumata görə…

|
Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalandı

Heydər Əliyev Fondu ilə “Caspian International Hospital” xəstəxanası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Fonddan VOİCEPRESS.AZ-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində “Caspian International Hospital” xəstəxanası ilə talassemiyalı xəstələrin Respublika Talassemiya Mərkəzində cərrahiyyə, reanimasiya və Mərkəzdə mümkün olmayan bir çox müayinə və müalicəsinin təmənnasız olaraq həyata keçirilməsi reallaşacaq.

Müqavilənin imzalanması Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrə geniş spektrdə keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün həyata keçirilən tədbirlər planının bir hissəsidir.

Eyni zamanda, Heydər Əliyev Fondunun müxtəlif şəxsləri müayinə və müalicə üçün xarici ölkələrə göndərməsi zamanı müvafiq klinikalarla əlaqə yaradılmasında, sənədlərin toplanmasında köməklik göstəriləcək. Müalicəsi “Caspian International Hospital” xəstəxanasında həyata keçirilən müraciətlərin ödənişsiz və ya xüsusi güzəştlərlə təmin olunması da nəzərdə tutulub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR