Yazara verilmiş bu dəyər o qədər ilgimi çıkdi ki, onu tanımaq istədim. Ayaqüstü, heyranlarının hər dəqiqə başı foto çəkdirmək üçün söhbətimizi bölməsinə, oxuyucularının ondan sevgi ilə aldıqları kitaba imza istəyib sözümü ağzımda göymalarına rığmən onu tanımaq istədim.
Bu Yalovanın tanınmış yazarlarından biri Nuran Uzun Turandı. O qədər gülərüzü və insanın içinə içinə işləyən bir aurası vardı ki, heç kitabdan anlamayan birisi belə o kitabı severək alırdı.
Nuran xanımla bir az yaradıcılıqdan söhbət etdik. Məlum oldu ki, ən böyük arzusu avtobioqrafik əsər yazmaqdır. Dediyinə görə, belə xeyriyə üçün satışa çıxarılan kitablarda müntəzəm olaraq iştirak edir. Onun sözlərinə görə, belə projelər bir yazar kimi onun ruhunu oxşayır, yazdıqlarının kiminsə təhsilinə, kiminsə müalicəsinə tövhə verə bilmə ehtimalı belə onu sevindirir.
Qeyd edək ki, xanım Nuran Uzun Turanın yer aldığı xeyriyyə kitab layihəsi iki gün öncə Yalova Kitab Sərgisində satışa çıxarılan iyirmiyə yaxın yazarın xatirə hekayələrindən ibarət “Türk illərində cocukluk günləri” kitabıdır.
Ü.Fermanqızı
VOİCEPRESS.AZ

