Fransada sentyabr ayından bəri davam edən genişmiqyaslı tələbə etirazları ölkədə ciddi fəsadlara yol açıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, nümayişlər zamanı 937 polis əməkdaşı və 248 etirazçı yaralanıb, 149 təhsil işçisi zərər görüb. Təhsil Nazirliyi bu rəqəmlərin sektor üçün görünməmiş bir göstərici olduğunu bildirib.
Ədliyyə Nazirliyinin məlumatına görə, etirazlar dövründə 7950 nəfər saxlanılıb. Saxlanılanların 85%-ni (6773 nəfər) yetkinlik yaşına çatmayanlar təşkil edib. Ümumilikdə 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib ki, onların da 65%-i yetkinlik yaşına çatmış şəxslərdir. Müqayisə üçün qeyd edək ki, "sarı jiletlilər" hərəkatının ilk ayında 4 min nəfər saxlanılmışdı. Etirazlar səbəbindən oktyabrın 14-də ölkə departamentlərinin dörddə birində təxminən 200 lisey fəaliyyətini dayandırmalı olub.
VOİCEPRESS