Türkiyə millisinin və “Fənərbağça”nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryolun “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı istintaq çərçivəsində saxlandığı, lakin sonra sərbəst buraxıldığı barədə məlumat vermişdik.
VOİCEPRESS.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, Biryol yenidən həbs edilib. Belə ki, prokurorluq sabiq hücumçunun sərbəst buraxılmasına etiraz edərək, onun yenidən həbs edilməsinə nail olub.
Sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunur.
Biryol karyerası ərzində “Mersin İdman Yurdu”, “Ədirnəspor”, “Göztəpə”, “Fənərbaxça”, “Bursaspor”, “Çaykur Rizəspor” kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə “Konyaspor”un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.
VOİCEPRESS.AZ