DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Everest zirvəsinin hündürlüyü yenidən ölçüləcək

Hindistan hökuməti, dünyanın ən yüksək dağ zirvəsi olaraq qəbul edilən Everestin yüksəkliyinin 2015-ci ildə Nepalda meydana gələn zəlzələdən sonra…

|
Everest zirvəsinin hündürlüyü yenidən ölçüləcək

Hindistan hökuməti, dünyanın ən yüksək dağ zirvəsi olaraq qəbul edilən Everestin yüksəkliyinin 2015-ci ildə Nepalda meydana gələn zəlzələdən sonra dəyişib-dəyişmədiyini təyin etmək üçün yenidən ölçmələr aparılacağını açıqlayıb.

Topoqraf Suarna Subba Rao ölçmə işlərini icra edəcək qrupun bölgəyə iki ay içərisində göndərilməsinin planlaşdırıldığını bildirib.

VOİCEPRESS BBC-yə istinadən xəbər verir ki, dağın yüksəkliyi GPS vasitəsilə və 3D üsulu ilə ölçüləcək. Araşdırma qrupunun işlərində Nepal hökuməti də əməkdaşlığa razı olub.

Rao, bəzi elm adamlarının hər kəsi dağın yüksəkliyinin azaldığına dair inandırmağa çalışdıqlarını, ancaq onların bununla bağlı qəti bir sübutunun olmadığını da vurğulayıb.

Digər tərəfdən, ABŞ Geoloji Araşdırma Mərkəzi Himalay dağ silsiləsinin bir hissəsinin yüksəkliyinin 2015-ci ilin aprel ayının 25-də Nepalda baş verən 7,8 bal gücündəki zəlzələdən sonra 1 metrə qədər azaldığını açıqlamışdı. Peyk məlumatları da zəlzələdən sonra Everestin yüksəkliyinin azaldığına işarə edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR