DOLAR
50,57 ₺
EURO
55,48 ₺
STERLİN
66,38 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb

Ermənistanın yeni konstitusiyasının layihəsi dərc edilib

|
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb

Ermənistanın yeni konstitusiyasının layihəsi dərc edilib.

VOİCEPRESS Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan xalqa müraciət də edib.

Ermənistanın yeni Konstitusiyasının layihəsi bu məqsədlə yaradılmış xüsusi saytda yerləşdirilib.

Paşinyan qeyd edib ki, sayt vətəndaşların yeni Konstitusiya layihəsini oxuması və təkliflərini təqdim etməsi üçün yaradılıb

Qeyd edilib ki, yeni Konstitusiyanın layihəsinin preambulasının mətnində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Qeyd edək ki, Paşinyan hökumətin iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirməyi təklif edərək, onun rədd ediləcəyi təqdirdə, istefa verəcəyini, qəbul ediləcəyi halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizəd olmayacağını bildirib.

Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR