Ermənistan və ABŞ rəsmiləri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını və TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
VOİCEPRESS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ermənistan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrası üzrə işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
Görüşə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Piter Andreoli həmsədrlik ediblər.
Tərəflər birgə təşəbbüslərin icra vəziyyətini, TRIPP layihəsi ilə bağlı məsələləri, eləcə də ikitərəfli münasibətlərin gündəliyində duran digər aktual mövzuları nəzərdən keçiriblər.
Müzakirələr zamanı enerji, kritik əhəmiyyətli və nadir torpaq mineralları, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib.
VOİCEPRESS