DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

|
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.

VOİCEPRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar.

Görüşdə Türkiyə-Qətər ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğan iki ölkə arasında imzalanmış “Qarşılıqlı Müdafiə Sazişi”nin münasibətlərə yeni ölçü qazandıracağını, “Ticarət və İqtisadi Tərəfdaşlıq Sazişi”nin isə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyini bildirib.

O, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və şaxələndirilməsi, müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.

Tərəflər Körfəz regionunda müharibənin yenidən alovlanmasının qarşısının alınması, problemlərin diplomatik yollarla həlli, Qəzzada vəziyyət, Suriyanın normallaşma prosesi və Liviyadakı son hadisələri də müzakirə ediblər.

Görüşdən sonra Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 12-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən beş saziş imzalanıb.

Sənədlər istehlakçıların hüquqlarının müdafiəsi, bazara nəzarət, təhsil, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə sahələrini əhatə edir.

Qeyd edək ki, “Qarşılıqlı Müdafiə Sazişi”ni Ərdoğan və Al Sani imzalayıblar.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR