DOLAR
50,75 ₺
EURO
55,68 ₺
STERLİN
66,63 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad…

|
Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad edib.

VOİCEPRESS xəbər verir ki, müvafiq fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

Qərar Baş nazirin təklifi əsasında Ermənistan Konstitusiyasının və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq qəbul edilib.

Qriqoryanın vəzifəsindən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Karen Qriqoryan 2024-cü il fevralın 14-dən sözügedən vəzifəni tutub. O, bundan əvvəl mühəndis qoşunlarına kuratorluq edib və Ermənistanın müdafiə xəttinin möhkəmləndirilməsi ilə məşğul olub.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR